Samuxlular qazsız qalacaq

  • By admin
  • 04 İyul 2016 10:48

qaz_24867878

 

Bu gün Samux rayonun bir sıra kəndlərində qaz olmayacaq. Gununsesi.info-ya SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasibəyli” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq, təmir işlərinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli və Əlibəyli kəndlərinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Gülnaz Qənbərli