Hökməli sakininin polisi aldatmaq cəhdi baş tutmadı

  • By admin
  • 04 İyul 2016 10:42

M2U07466.MPG_snapshot_00.01_[2016.07.02_16.30.47]

 

Abşeron rayonu Hökməli qəsəbə sakini Təhsin Allahquliyev  Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq ona məxsus fərdi yaşayış evindən 6 min 300 dollar və 2 min 600 manat nəğd pulun oğurlandığını bildirib.

Gununsesi.info xəbər verir ki, dərhal sözügedən ünvana Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları baxış keçirblər. Sonra evdən barmaq izləri götürülüb. Özünü zərərçəkən kimi qələmə verən T.Allahquliyev israrla polis əməkdaşlarına pulunun oğurlandığını bildirib. Ancaq əməliyyatçılar vətəndaşı dəfələrlə dindirmələrinə baxmayaraq, sözügedən oğurluqda qaranlıq bir məqamın olduğunu üzə çıxarıblar. Aparılan araşdırmalar nəticəsində T.Allahquliyevin polisi bilərəkdən aldatması məlum olub. Belə ki o, Höküməli qəsəbəsindəki evi tanımadığı bir şəxsdən aldığını deyib. Lakin  mənzilin sahibi olan qadın  oğlunun onun icazəsi olmadan evi satdığı üçün dəfələrlə T.Allahquliyevə mane olub. Bu səbəbdən də mənzilindən yalandan oğurluq olması barədə polisə yalan ifadə verərək oğurluğu məhz o qadının törətdiyinə inandırmaq istəyib .Tutduğu əməlindən peşman olduğunu desə də, T. Allahquliyev barədə artıq onun barəsində Cinayət Məcəlləsinin 296-cı-yəni, polisə bilərəkdən qəsdən yalan ifadə vermək maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info