“Qarabağ” gümüş medalçı ilə qarşılaşacaq

  • By admin
  • 04 İyul 2016 10:40

gumush

Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən “Qarabağ” yoxlama oyunuda qüvvəsini sınayacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı “Zirə” ilə qarşılaşacaq.

İyulun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 12-də Lüksemburq təmsilçisi “F91 Düdelanj”la qarşılaşacaq. Matç saat saat 21:00-da başlayacaq.