Daha bir qadın əri tərəfindən öldürüldü

Mayın 10-u saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quləli oğlu Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü təslim olub.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Araşdırma aparılır.
Gununsesi.info