Daha bir şirkət Rusyada fəaliyyətini dayandırır

  • By admin
  • 29 Mart 2022 17:13

Dünyanın aparıcı maliyyə, iqtisadi məlumat və xəbər platformalarından biri olan Bloomberg LP Rusiya və Belarusda fəaliyyətini dayandırdığını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, Nyu-Yorkda yerləşən şirkətdən verilən açıqlamada şirkətin hər iki ölkədəki bütün fəaliyyətlərini dayandırdığı və xüsusi ödənişli istifadəçilərin artıq maliyyə məlumatları terminallarına və ticarət platformalarına daxil ola bilməyəcəyi bildirilib.

Açıqlamada bir sıra Rusiya qiymətli kağızlarının alqı-satqı əməliyyatlarının da beynəlxalq sanksiyalara uyğun olaraq dayandırıldığı, maliyyə və iqtisadi xəbərlərin, məlumatların və təhlillərin dərc olunduğu Bloomberg.com saytının fəaliyyətini davam etdirəcəyi qeyd edilib. xidmət etmək.

Bəyanatda o da bildirilib ki, şirkət “Bloomberg Philanthropies” xeyriyyə təşkilatı vasitəsilə regionda və digər yerlərdə ukraynalılara və qaçqınlara dəstək, təchizat və yeməklər təmin etmək üçün Beynəlxalq Xilasetmə Komitəsi və Dünya Mərkəzi Mətbəxinə humanitar təşkilatlara 40 milyon qrant verəcək.