Daha bir televiziyanın yayımı dayandırıldı - TÜRKİYƏDƏ

  • By admin
  • 18 Noyabr 2016 15:20

zor

Türkiyədə daha bir telekanallın fəaliyyəti dayandırılıb.

Gununsesi.info-nun “Axşam” qəzetinə istinadən xəbər verir ki, Türkiyədə Fətullahçı Terror Təşkilatı ilə (feto) əlaqəsi olduğu iddia edilən “İrmak” TV və uşaqların sevimlisi olan “Yumurcak” TV-nin bağlanılmasından sonra, kürdcə çizgi filminin yayımını həyata keçirən “Zarok” TV-nin fəaliyyəti də bu gün dayandırılıb.

“Zarok” TV-nin rəqəmsal televiziya yayım platformasının idarə heyətinin sədri Behçet Sevim bildirib ki, “Zarok” TV-nin yayımının dayandırılmasının arxasında məhz FETÖ-nün Türkiyəni çətin vəziyyətə salması planı durur: “Məqsədləri isə bir daşla iki quş vurmaqdır”.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddə sonra – “STV”, Samanyolu Haber, Samanyolu Haber Radio, Can Erzincan TV, Kanal 124, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bu gün TV, Mehtap TV, Berfin FM , Kanal Türk Radio, Burç FM, Samanyolu Haber Radiosu, Radio Mehtap, Haber Radio Ege, Dünya Radio, Radio Kürə, Merkuri TV, Esra Radio, Tuna Shoping TV, Samanyolu Haber Radio Anadolu daxil bir sıra kanal və radionun yayım dayandırılıb.

Anar

Gununsesi.info