Gununsesi.info xəbər verir ki, Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun İsmayıl Qutqaşınlı küçəsi ev 1, mənzil 34-də yaşayan 1972-ci il təvəllüdlü Rizvan Qorxmaz oğlu Axundov özünü evinin dəhlizində asıb.

İntiharın səbəbləri həllik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə həmin şəxs yazıçıdır, 1 övladı var. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.

 

Gununsesi.info