Ukrayna ilə bağlı danışıqlara başlamağın vaxtı çatıb.
Gununsesi.info xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz “Könüllülər koalisiyası”nın iclasından sonra deyib.
“Danışıqlar masası arxasında əyləşməyin vaxtıdır. Atəşkəs barədə razılığa gəlməyin vaxtıdır”, – deyə o bildirib.
Kansler həmçinin Avropanın da danışıqlara açıq olduğunu vurğulayıb. Eyni zamanda, Merz əlavə edib ki, Avropa ölkələri Moskvaya təzyiqi daha da artırmaq niyyətindədirlər.











