İngiltərənin “Lester Siti” klubunun və Banqladeş milli komandasının yarımmüdafiəçisi Həmzə Çaudrinin “Qarabağ”a transfer olunacağı ilə bağlı yayılan iddialar öz təsdiqini tapmayıb.
Gununsesi.info-nun məlumatına görə, 28 yaşlı futbolçu “Qarabağ”ın transfer siyahısında yer almayıb.
Ağdam təmsilçisi futbolçu ilə maraqlanmayıb və bu transferlə bağlı “Lester Siti” klubuna heç bir rəsmi və ya qeyri-rəsmi təklif göndərməyib.
İngiltərədə anadan olan Həmzə Çaudri 2018-ci ildən “Lester Siti”nin əsas komandasında çıxış edir. Təcrübəli yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Qeyd edək ki, hazırda Həmzə Çaudri ilə İngiltərənin “Şeffild Yunayted” və “Birmingem Siti” klublarının maraqlandığı bildirilir. Bu səbəbdən futbolçunun karyerasını İngiltərədə davam etdirmək ehtimalı daha yüksək qiymətləndirilir.
Vüsal




