Daş karxanasında fəhlə öldü

  • By admin
  • 12 Aprel 2021 12:22

Aprelin 8-də saat 14 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında 1997-ci il təvəllüdlü Əhmədov Əli Muxtar oğlunun təmir işləri zamanı xəsarət alması nəticəsində ölüb.

Qaradağ rayon prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, Əli Əhmədov daş karxanasında traktorun təmiri zamanı ekskavatorun qovşağına asılı vəziyyətdə olan döşəmə ilə traktorun kabinasının arasında qalıb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.