Daşkəsən və Kəpəz rayonları polis şöbələrinin rəisləri vəzifəsindən azad edilib

  • By admin
  • 20 Dekabr 2017 20:48


Daşkəsən və Kəpəz rayonlarının polis şöbələrinin rəisləri vəzifəsindən azad edilib.

“Report”un Qərb bürosunun məlumatına görə, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə, Gəncə şəhərinin Kəpəz Rayon Polis Şöbəsinin rəsi Azər Tağıyev isə vəzifəsindən azad edilərək Saatlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Hazırda hər iki rayonun polis şöbəsinə hələlik yeni təyinat yoxdur.

Gununsesi.info