
“Daşkəsən Filizsaflaşdırma” ASC-də Qurban bayramı münasibətilə tədbir keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə kombinatın inzibati binasının qarşısında açıq havada təşkil olunmuş bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev iştirak edib.
Tədbirdə icra başçısı Əhəd Abıyev çıxış edərək deyib:
“Bütün dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdikləri müqəddəs Qurban bayramı münasibətilə sizləri təbrik edir, hər birinizə möhkəm cansağlığı, bol ruzi-bərəkət, ailə səadəti arzulayıram.
Fürsətdən istifadə edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi Daşkəsən rayon ictimaiyyəti və şəxsən özadımdan mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı yetiririk!
Bu gün ölkəmizdə qara metallurgiya sahəsində təcrübəli, tanınmış, potensial imkanları geniş olan, Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rol oynayan qabaqcıl poladəritmə müəssisəsinin Baku Steel Company MMC-nin rəhbəri Rasim Məmmədova da “Daşkəsən Filizsaflaşdırma” ASC-nin işçilərinə göstərdiyi diqqətə görə təşəkkür edirik.
İnanırıq ki, yaxın gələcəkdə “Daşkəsən Filizsaflaşdırma” ASC ən müasir texniki avadanlıqlarla təchiz edilərək yenidən qurulacaqdır. Kombinatın tam gücü ilə işə düşməsi, demək olar ki, həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli olan məsələlər tam öz həllini taparaq Daşkəsən regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.
Qurban bayramınız bir daha da mübarək olsun”!
Daha sonra Əhəd Abıyev müəssisənin işçilərinə “Qurban” sovqatlarını təqdim edib, müəssisədə çalışan şəhid ailəsindən olan Allahverdiyev Elçin Qulu oğluna və digərlərinə pul yardımı göstərib.

Gununsesi.info









