Davos Forumu da Rusiya ilə əlaqələri dayandırdı

  • By admin
  • 09 Mart 2022 21:25

Ümumdünya İqtisadi Forumu (WEF) Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan Rusiya vətəndaşları ilə əlaqəni dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Biz sanksiyalar altında olan heç bir şəxslə əlaqə saxlamırıq və Rusiya təşkilatları ilə bütün əlaqələri dondurmuşuq”, – nəşr qeyd edib.

Davosda Dünya İqtisadi Forumu mayın 22-26-da keçiriləcək.

Gununsesi.info