Daxili İşlər Nazirliyinin daha bir əməkdaşı koronavirusdan öldü

  • By admin
  • 18 İyul 2020 11:18

Daxili İşlər Nazirliyinin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

Gununsesi.org-un məlumatına görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşı COVID-19-dan ölüb.

O, idarədə təhqiqatçı vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN-in əməkdaşları arasında da koronavirusa yoluxma faktları qeydə alınıb. Onlar arasında vəfat edənlər var.

Gununsesi.org