Daxili orqanında narkotik vasitələr aşkarlandı

  • By admin
  • 10 Yanvar 2018 11:00
Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə Gununsesi.info-ya DGK-dan məlumat verilib.
Məlumatda deyilir ki, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr – bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info