
Rusiyada keçiriləcək DÇ-2018-in talismanı bəlli olub.
Gununsesi.info-nun məlumatına görə, FİFA-nın rəsmi saytında keçirilən onlayn səsvermənin nəticəsinə əsasən, üç namizəddən biri – canavar turnirin maskotu seçilib.
Sentyabrın 23-də başlamış səsvermədə 3 namizəd var idi. Bunlar pişik, pələng və canavar idi.
Yekun nəticədə canavar 53%, pələng 27%, pişik isə 20% səs toplayıb
Artıq seçilmiş talismana ad da veriblər. Canavar bundan sonra Zabivaka adlanacaq.
Qeyd edək ki, dünya çempionatının oyunları 2018-ci ilin iyunun 14-dan iyulun 15-dək Rusiyanın 11 şəhərində 12 stadionda keçiriləcək: Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Soçi, Volqoqrad, Yekaterinburq, Samara, Kalininqrad və Rostov-donda.

Gununsesi.info









