“Demokratların seçkilərdə qələbə qazanmaq üçün heç bir şansı yoxdur” - DONALD TRAMP

  • By admin
  • 24 Sentyabr 2019 22:45
“Demokrat partiyası mənim impiçment məsələmi gündəmə gətirməyə çalışır. Çünki onların prezident seçkilərində qələbə qazanmaq üçün heç bir şansı yoxdur”.
Gununsesi.org-un verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti, respublikaçı Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Gülüncdür. Bu, “əcinnə ovudur”, – deyə D. Tramp demokratların onun impiçment məsələsini gündəmə gətirməsinə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, D. Trampın iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı qalmaqala səbəb olub. Demokratlar düşünür ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib.
Gununsesi.org