Deputat ABŞ-ı ədalətli olmamaqda ittiham etdi

  • By admin
  • 25 Sentyabr 2016 22:33

art1474725498

“Amerikada yaşayan ermənilər yenə də Azərbaycan ərazi bütövlüyünə qarşı ciddi təxribata əl atıblar. ABŞ-da yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı erməni diasporunun ABŞ-ın bir sıra ştatlarında yerləşdirdiyi bannerlərə, reklam lövhələrinə qarşı ciddi etiraz səslərini ucaltmalıdırlar”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda qeyd edib.

Q. Paşayeva ABŞ-dakı diaporumuzu, diaspor təşkilatlarımızı bu bannerlerin yayıldığı ştatlarda bu təxribat əlehinə addım atmağa,bu bannerlerin asılmasına, reklam lövhələrinin yerləşdirilməsinə icazə verən qurumlara etiraz müraciəti göndərməyə çağırıb.

Millət vəkili bildirib ki, onlar məlum banner və lövhələrin ABŞ-ın da tanıdığı Azərbaycan ərazi bütövlüyünə zərbə, təxribat olmasını vurğulamalı və onların götürülməsi istiqamətində addımlar atmalı, həmin ştatlarda dövlət v qeyri-dövlət qurumlarına, KİV-lərə bu təxribatla bağlı müraciətlər,  məlumatlar göndərməli və onları bu məsələdə həssas olmağa çağırmalıdırlar.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədri kimi obyektiv və neytral olmaq vəzifəsi olan bu ölkədə artıq neçəci dəfədir ki, baş verən bu cür təxribatlar ABŞ-n əslində bu məslədə heç də obyektiv olmadığını da bir daha göstərir. Bu təxribata kəskin etiraz edir, qınayır və ABŞ-ı bu kimi təxribatlata izn verməməyə çağırırıq-deyə, o,  daha sonra sözlərinə əlavə edib.

qanira

K. HƏMZƏOĞLU

Gununsesi.info