Deputat dayələrlə bağlı cəza mexanizminin salınmasını təklif etdi

Milli Məclisin deputatı Jalə Əliyeva qanunvericiliyə dayələrlə bağlı cəza mexanizminin salınmasını təklif edib.

 

Gununsesi.info -nun məlumatına görə, o, bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında çıxış edib.

 

Onun sözlərinə görə, dayələr birbaşa ailəyə yaxın insanlar olmasa da, zamanla ailənin fərdinə çevrilir: “Dayələr içərisində işini ləyaqətlə görən, baxdığı uşağı sevən olsa da, zorakılıq edənləri də var. Sosial şəbəkədə bununla bağlı çox sayda görüntülərin şahidi oluruq. Odur ki, qanunvericiliyə dayələrlə bağlı hər hansı cəza mexanizminin salınması yaxşı olardı”.

 

 

Gununsesi.info