Deputat ölüm ayağında - VƏZİYYƏTİ AĞIRDIR

  • Müəllif: admin
  • 08 İyun 2017 14:36

huseyn

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində  problem yaranıb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.

Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.

Gununsesi.info