Deputat ona qarşı təhqirlər son qoymağı tələb etdi - BƏYANAT

  • By admin
  • 01 Dekabr 2016 16:03
tahir1
Vəhdət Partiyası  Tahir Kərimliyə qarşı təhqir kampaniyasına  son qoymağı tələb edir
Gununsesi.info xəbər  verir ki, Vəhdət Partiyasının rəhbərliyi  sabiq millət vəkili Etibar Hüseynov və  “Müasir Musavat” Partiyasının sədri Hafiz Hacıyevin son dövrldərdə partiya lideri, millət vəkili Tahir Kərimliyə qarşı qərəzli hücum kampaniyasına etiraz olaraq və bu kampaniyanın dayandırılması ilə bağlı olaraq bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, Etibar Hüseynov özü kimilərə istinad edərək  sosoail şəbəkələrdə Vəhdət Partiyası sədri Tahir Kərimli haqqında  etikadan uzaq,  həqiqətəuyğun olamayan, yalan, mənəvi dəyərlərdən uzaq  və buna  uyğun olmayan, onun bir ictimai-siyasi şəxs kimi nüfuzuna   xələl gətirən  yazılar paylaşır. “Təəssüflər olsun ki, bnun bu fikirləri bir sıra internet media resurslarında  da yer alıb. Biz partiya olaraq  Etibar Hüseynov kimi şəxslərin internet media resurslarının belə bir şəxsin Azərbaycanın Milli Azadlıq Hərəkatının öncüllərindən, müsətqilliyimizin əldə olunmasında və dövlətçiliymizin qurulmasında rolu olan bir insan haqqında yazdıqları  hədyanlara yer verməsindən narahatçılığını ifadə etməklə, bundan sonra belə hallara yol verməməyə çağırır”.
Gununsesi.info