
Bakı şəhəri Suraxanı rayonu 30 saylı Suraxanı birinci seçki dairəsindən seçilən millət vəkili Sevinc Fətəliyeva bu gün Hövsan qəsəbəsində qadın seçicilərilə görüşüb.
Bu barədə Gununsesi.info-ya millət vəkilinin köməkçisi Zəkiyyə Musayeva məlumat verib. O bildirib ki, görüşdə 26 sentyabrda keçirilən referendumdan sonra ölkədəki ictimai-siyasi , sosil-iqtisadi vəziyyət, o cümlədən Qarabağ ətrafında aparılan danışıqlar barədə seçicilərə geniş məlumat verib. Millət vəkili həmçinin ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi vənəzərdə tutlan siyasi, iqtisadi islahatlar barədə dəseçiciləri məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb.
Millət vəkili həmçinin seçicilərin üzləşdiyi problemlərlə bağlı maraqlanıb və onların həlli yollarını birgə müzakirə ediblər. Millət vəkili xüsusən də havaların soyuq keçməsi nəticəsində üzləşdiyi kommunal və sosial problemlərin həlli ilə bağlı bacardığı imkanalrdan istifadə edərək həll edəcəyinə sesçicilərə söz verib.

Mürtəza
Gununsesi.info












