Deputat Türkiyəyə gedir

  • Müəllif: admin
  • 17 Noyabr 2017 16:58

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də İstanbul şəhərinə səfər edəcək.

Gununsesi.info-nun məlumatına görə, deputat səfər çərçivəsində Asiya Parlament Assambleyasının İcraedici Şurasının, Siyasi işlər üzrəkomitənin, İqtisadiyyat və davamlı inkişaf üzrə komitənin,Sosial və mədəni işlər üzrəkomitənin, Heyət və maliyyə qaydaları üzrə komitənin iclaslarında iştirak edəcək.

Deputat müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəkdir.

Səfər noyabrın 23-də başa çatacaq.

Gununsesi.info