Deputatdan Paşinyana CAVAB: Belə getsə, "Dəmir yumruq" ikinci dəfə...

  • By admin
  • 23 Sentyabr 2021 15:08

“Nikol Paşinyan Ermənistanın müstəqilliyin 30 illiyi ilə bağlı keçirilən tədbirdə yenə öz sərəsəm fikirlərini ifadə edib. Birinci onu qeyd edim ki, Ermənistan nə vaxtdan müstəqil ölkə olub ki, utanmadan “müstəqilliklərinin” 30 illiyini də qeyd edirlər. Ermənistan vassal ölkədir. İqtisadiyyatını və hərbisini Rusiyanın hesabına yaşadır. Siyasətini isə Fransa müəyyənləşdirir. Əgər Ermənistanın müstəqil iqtisadiyyatı və siyasəti yoxdursa, bu ölkə necə müstəqil ola bilər?!

Bunu Publika.az-a açıqamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Paşinyanın fikirlərinə münasibət bildiriən deputat qeyd edib ki, “artsax” yoxdur, heç bir çiçəklənmədən söhbət gedə bilməz və II Qarabağ müharibəsində ölən bütün ermənilər mənasız yerə ölüblər: “Çünki, bütün ölən ermənilər Ermənistan hakimiyyətinin xain və düşmənçilik ruhunun qurbanları olublar”.

Deputatın fikrincə, Nikol Paşinyan sərsəm çıxışı ilə özünə haqq qazandırmağa çalışır: “Paşinyanın belə sərsəm fikirləri ikinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirmişdi. Cıdır düzündə içib piyan olub rəqs etmələri, yeni ərazilər uğrunda yeni müharibə edəcəkləri ilə bağlı sərsəm fikirləri ,, Dəmir yumruğu” işə saldı və erməni ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdik. Paşinyan 10 noyabrda imzalnmış kapitulyasiya sənədini hansı şəraitdə və necə imzaladığını deyəsən unudub. Həm də Paşinyan dilə gətirdiyi artsax dövlətinin hansı varlığından danışırsa, o da məlum deyil. Çünki, imza atdığı üçtərəfli bəyanatda artsaxla bağlı heç bir ifadə yoxdur. Bu gün ermənilərin məskunlaşdığı Azərbaycan ərazisi var və orada da nəzarəti Rusiya sülhməramlıları həyata keçirirlər. Rusiya sülhməramlıları da məhz Azərbaycanın icazəsi ilə ora gəliblər və Azərbaycanın tələbilə də oranı tərk edəcəklər”.

Deputatın vurğulayıb ki, bəyantda qeyd olunur ki, erməni silahlı birləşmələri Qarbağı tərk etməlidir və bu bənddə Paşinyanın imzası var: “Paşinyan yaddan çıxarmasın ki, Azərbaycan məsələlərə səbirlə yanaşır və məqamı gələndə öz sözünü deyir. Paşinyan deyəsən “Dəmir yumruq”un ağrılarını yaddan çıxarmağa başlayıb. Belə getsə, “Dəmir yumruq”un ikinci dəfə işlənməsinə ehtiyac yaranacaq. Əgər “Dəmir Yumruq” ikinci dəfə işə düşərsə, bu, Ermənistanın da sonu olacaq. Paşinyan anlamalıdır ki, öz revanşist ritorikalarından əl çəkərək nə qədər tez Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan etsə, bu, Ermənistanın gələcəkdə müstəqilliyi üçün yol aça bilər”.

Gununsesi.info