Deputatdan QALMAQALLI TƏKLİF: “Borclarını ödəyə bilməyənlər orqanlarını satsın” (FOTO)

  • By admin
  • 06 Fevral 2020 18:47

Ukraynanın “Həyat naminə” müxalifət partiyasından millət vəkili seçilən İlya Kiva kommunal borclarını ödəyə bilməyən vətəndaşlara orqanlarını satmağı tövsiyyə edib.
Gununsesi.org Qaynar.info-ya istinadən xəbər verir ki, yəhudi əsilli deputat bu sözləri jurnalistlərə açıqlama verərkən deyib:
“Kommunal borclarını ödəyə bilməyən şəxslər cins itləri varsa, onu satsın, bu onların 1,5 illik borclarına bəs edər. Yox itin cinsi bahalı deyilsə, bu pul 1,5 aylıq borclarına bəs edər. Bunların heç biri yoxdusa, Moldovada orqan satışı qanuniləşdirilib. Ora köçüb böyrək kimi orqanlarından birini sataraq borclarını ödəyə bilər”.
Qeyd edək ki, bir neçə gün öncə Ukraynada buna bənzər daha bir qalmaqal yaşanıb. Belə ki, Prezident Vladimir Zelinskinin partiyasından olan millət vəkili Yevqeni Braqar aylıq maaşı 80 dollar olan Lübov Kolüça adlı 66 yaşlı qadına kommunal borclarını ödəmək üçün itini satmağı tövsiyyə edib.
Millət vəkilinin bu sözləri sosial mediada böyük səs-küyə səbəb olandan sonra dediklərinə görə üzr istəyib.

Gununsesi.org