Deputatdan “Sarı gəlin”lə bağlı Gənclər və İdman Nazirliyinə ETİRAZ - FOTOLAR

  • By admin
  • 26 Oktyabr 2016 17:51

aydin-foto-218x300

“Bu gün mənə Gənclər və İdman Nazirliyi tərəfindən belə bir dəvətnamə gəlib. Dəvətnaməyə əlavə edilən annotasiyada “Sarı gəlin” mahnısının guya Trabzonda Flavian adlı bir yunan qıızının özünü çaya atması nəticəsində  yarandığı iddia edilir və məni Azərbaycan Milli Dram Teatrında bu versiya üzərində qurulan tamaşaya dəvət edirlər”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

“Musiqiçi olmasam da, mahnının Azərbaycan mahnısı olması barədə məlumata malikəm. Eyni zamanda, ermənilərin də vaxtaşırı bu manını özününküləşdirmək cəhdindən  xəbərdaram. Amma Azərbaycan daxilində kiminsə bu mahnını başqa bir xalqa aid etməsi cəhdini başa düşə bilmirəm”-deyə, o, sözlərinə əlavə edib.

aydin-foto-1

Gununsesi.info