Deputatdan şok iddia - “BAKIDA BİT PROBLEMİ YARANIB”

  • By admin
  • 19 Sentyabr 2017 16:04

5982d2664d5de_2bit

“Bakıda bit problemi yaranıb”.

Gununsesi.info xəbər verir ki, belə bir iddia ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Araz Əlizadə çıxış edib.

O, deyib ki, bəzi ölkələrdən və bölgələrdən Azərbaycana turistlərin gəlişi məhdudlaşdırılmalıdır: “Bu ölkə və bölgələrdən Azərbaycana gələn turistlər öz ölkələrinin mənəviyyatsızlığını və əxlaqsızlığını gətirirlər. Biz bunun üzərində ciddi düşünməliyik”.

Deputat onu da əlavə edib ki, nə qədər gülməli olsa da, mənə zənglər edilirdi və bu ölkələrdən Azərbaycana turist axınından sonra Bakıda ciddi bit problemin yaranması barədə məlumatlar verildi: “Mən bir deputat olaraq bu məsələnin arxasınca düşdüm və aidiyyatı dövlət qurumlarında oldum. Sanitar Qatantin Xidməti, Gigiyena və Epidemiologiya Mərkəzində, rayon icra hakimiyyətində olub problemi qaldırdım və bu məsələnin həllində yardımçı olmağı xahiş etdim. Onlar da bu məsələnin həllində yardımçı olmaqda çətinlik çəkdiklərini dedilər. Necə deyərlər, hamısı məsuliyyəti üzərindən atdı”.

O sonda əlavə edib ki, bu ölkələrdən gələn turistlərin Azərbaycana girişinə məhdudiyyət qoyulmalıdır.

Komitə sədri Hadı Rəcəbli deyib ki, bu məsələ qanunla tənzimlənməsə də, viza və digər formada edilir: “Odur ki, məsələ gündəmdədir”.

Mürtəza

Gununsesi.info