Deputatın mühafizəçisi jurnalist qızı döydü

  • By admin
  • 22 Aprel 2018 00:33
Ermənistanda deputat Araik Arutyunyanın mühafizəçisi “Azadlıq” radiosunun (“Radio Azatutyun”) müxbirini döyüb.
Moderator.az yazır ki, bu haqda işğalçı ölkənin  mediası məlumat yayıb.
Olay Artaşat rayon mərkəzində Serj Sarkisyanın baş nazirliyinə  qarşı təşkil edilmiş etirazlar zamanı baş verib. Bir qrup etirazçı avtomobillərlə hərəkət etməyə başlayıb.

“Vətəndaş razılığı” təşkilatının üzvü, Nor Kyanq icmasının rəhbəri Qaqik Sarkisyan etiraz əlaməti  olaraq avtomobilini yolun ortasında  dayandırıb. Polislər icma rəhbərinin  maşınını evakuator vasitəsi ilə köməyi yolun ortasından götürmək istəyəndə münaqişə yaranıb. Polislərin müşayiət edənlərdən biri baş verənləri lentə alan “Azadlığ”ın Ermənistan bürosunun müxbiri Arus Hakobyanın  üzünə və kamerasına zərbə endirib. Polislər isə buna heç bir reaksiya verməyib. Erməni saytlarının əldə etdiyi məlumata görə, jurnalistə qarşı güc tətbiq  edənin  Serjik Sərkisyanın partiyasından olan deputat Araik Qriqoryanın mühafizəçilərindən biri olub. Rayon sakinləri onu tanıyıb və bildiriblər ki, səhər saatlarında meriya yaxınlığındakı etirazçıları da qorxutmaqla məşğul olub.