Tələbə yoldaşı olan yeni NAZİRLƏR

  • By admin
  • 22 Aprel 2018 00:40

Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev həm də tələbə yoldaşı olublar.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev öz Facebook statusunda yazıb:

“Tələbə yoldaşlarım İnam Kərimov və Sahil Babayev, Milli Məclisdə komitə yoldaşım, əzizimiz Rövşən Rzayev yeni hökumətin tərkibində yer alıblar!

Hər biri ilə qürur duyuram və onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm…”-deyə, o, sonra yazıb.

Qeyd edək ki, hər 3 şəxs 1995-2000-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıblar.

Gununsesi.info