
Milli Məclisdə Azərbaycan Respublikasının dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gununsesi.info xəbər verir ki, qanun layihəsi barədə məlumat verən deputat Əli Hüseynli qanunun daktiloskopik və genetik məlumat əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə xidmət etdiyini bildirib: “Qanun layihəsi itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətində olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayət və inzaibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması məqsədilə istifadə ediləcək”.
Deputat bildirib ki, qanun layihəsi məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, əməliyyat axtarış tədbirləri,miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə edə biləcək. Qanun ətrafında müzakirələrdə iştirak edən deputatlar qanunun cinayətkarların aşkar edilməsinə yüksək səviyyədə dəstək verəcəyini bildirib.
Mürtəza
Gununsesi.info











