Deputatlar Özbəkistanda seçkiləri izləyəcək

  • By admin
  • 21 Oktyabr 2016 14:15
ozbek
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müavini Cahangir Amanov bu gün  dekabrın 4-də ölkədə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq məsələləri ilə bağlı keçridiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Özbəkistandakı seçkiləri izləmək üçün artıq Azərbaycan tərəfinə rəsmi dəvətlər göndərilib. “Bu dəvətlər Özbəkistan Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Mərkəzi Seçki Komissiyasına və parlamentinə göndərilib. Güman edirəm ki,  azərbaycanlı parlamentarilər Özbəkistandakı seçkilər  həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də dəvət  əsasında MSK-nın nümayəndələri seçkiləri izləmək imkanı əldə edəcəklər. Azərbaycan Özbəkistanda keçirilən seçkilərdə aktiv iştirak edib və bundan sonar da  fəal iştirak edəcəklər”- deyə, Amanov bildirib.
Qeyd edək ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri  dekabrın 4-də keçirləcək və prezident kürsüsü uğrunda 4 namizdə mübarizə aparacaq.
Mürtəza
Gununsesi.info