Deputatlığa namizəd olan azərbaycanlı canlı efirdə döyüldü - VİDEO

  • By admin
  • 23 Sentyabr 2016 10:53

canliefirdedoyull

Gürcüstanda deputatlığa namizədlər canlı efirdə dava salıblar.

Gununsesi.info  Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dava siyasətçilərin teledebatında baş verib. Belə ki, mübahisə zamanı namizədlərdən biri digərinə qələm atıb. Cavab olaraq isə həmin şəxs rəqibinə hücum edib.
Dalaşanları ayımaq üçün kanal əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıblar.
Dava “Demokratik hərəkat”ın nümayəndəsi Vepxiya Qurqenişvili və “Topadze-Sənayeçilər, Bizim Vətənimiz” blokunun üzvü, milliyyətcə azərbaycanlı olan Polad Xəlilov arasında düşüb.
Məlumat üçün bildirək ki, Gürcüstanda parlament oktyabrın 8-də keçiriləcək.

Gununsesi.info