“Desinlər ki, anan səni gözləyir” - FATMA CƏFƏROVA

  • Müəllif: admin
  • 17 Mart 2017 14:23

unnamed (1)

 İtkin düşənləri daha çox ailələri, illah da anaları axtarır, gözünün nuru itincə gözləyir. 

Gununsesi.info-ya müraciət edən Cəfərova Fatma Alı qızı  da 25 ildir oğul yolu gözləyir. Hələ də onun sağ olduğuna, tezliklə qayıdacağına inanır. Fatma xala 1988-ci ildə ailəsiylə birlikdə Ermənistandan  deportasiya edilib.  SSRİ dağılandan sonra dolanışıqları çətin olub. Ailənin oğul övladları  – Nazim, Kazım, Nizam və Alı  Cəfəeovkar Ukraynanın Luqansk şəhərinə işləməyə gediblər.  4 qardaş birlikdə bazarda alverlə məşğul olublar. Pis də qazanmırmışlar. Gəlirlərindən bakıda qoyub getdikləri valideynlərinə və bacılarına da pul göndərirmişlər. Vəziyyətləri yaxşı olduğundan atalarının əmisi uşaqların Telman, Hidayət və Salman Cəfərovları  da yanlarına gətiriblər. Elə hər bədbəxtlik də bundan sonra başlarına gəlib.  Bir neçə müddətdən sonra deyir ki, siz çox qazanırsınız, imkan vermirsiniz ki, biz də qazanaq. Təhdidlər davaya keçib. əmi nəvələri əllərinə armatur dəmir götürüb Nazim, Kazım, Nizam və Alı Cəfərov qardaşlarını döyürlər. Bazardakı azərbaycanlılar onları ayırır. Lakin qarşı tərəf sakitləşmir. Yenidən dava düşür,  Hidayət Cəfərov  dava zəmində  yara alıb və qan itirməkdən ölür.

Qan davası

Sonra mənim oğullarımın 4-nü də tutub saldılar içəri.  Bununla da qan davası düşdü.  Qızım həyat yoldaşım Kamillə Luqanskiyə getdi.  Bir il orada qalıb işlədilər ki, uşaqlara türməyə yemək aparsınlar.  Bir ildən sonra qan davası aparan əmiuşaqları yoldaşımın yanına gediblər ki, atamız gəlib, istəyir  barışıq olsun. Yoldaşım da onlara inanıb, düşür yanlarna gedir.

Yoldaşım Kamili  barışıq adına aparırlar. 1996-cı il aprelin biriydi. Qızım zəng elədi ki, bəs evə polislər gəlib. Qonşular da deyir ki, atamı öldürüblər. Demə, yoldaşımı maşına basıb  aparıblar. Şahidlər deyir ki, maşından kişini çıxartdılar, başına küt alətlə vurub çığırda-çığırda atdılar çaya. Orada Ukrayna Ordusunun bir əsgəri də keçirmiş, mane olmağa qorxub ki, birdən onu da öldürərlər. Qaçıb əsgər yoldaşlarını çağırıb. Qayıqla çay aşağı gedib, yoldaşımı sudan çıxarıblar. Amma demə, başına vurulan zərbələrdən Kamil yerindəcə ölübmüş.  Ukrayna polisində şahidlər hamısı bildirib ki, yoldaşımı onun öz əmisi oğlanları öldürüb. Orada rüşvət verib işi bağlatdırdılar. Vəkil də tutduq. Vəkilimiz dedi ki, bunlar qisas almaq üçün əllərindən gələni edirlər.

Nizamı erməniyə satıblar

Hazırda itkin düşən digər oğlum Nizam Cəfərova,  sadəcə, dava baş verən zaman orada  olduğuna görə, az iş vermişdilər. Hardasa yoldaşımın 40 mərasimindən sonra – 1996-cı ildə həbsdən çıxıb.  Gedib bazarakı, azərbaycanlılardan pul götürüb bilet alsın, evimizə qayıtmaq üçün.  Telman,  Nəriman və Salman Cəfərov qardaşları  Nizamın həbsdən çıxdığı öyrənib, onu tapıblar. Elə oradan da oğurlayıb aparıblar.  Orada bazarda onu görən, əslən Gəncənin Dəliməmmədli kəndindən olan Asif və Vaqif Məmmədov qardaşları  Nizamı evlərinə aparıblar ki, gedək mən səni yola salacam. O da inanıb. Qan davası aparan Telmangildə bunu görüb Asif və Vaqif qardaşlarına pul verərək  Nizamı əsir alıblar.  O gedən oğlum Nizamdan xəbər çıxmadı. Buradan yığışıb getdik Luqanskiyə. Həmin Asif, Vaqif qardaşlarının evində olduq. Həyat yoldaşı dedi ki, guya Nizama bilet alıb Bakıya yola salıblar.  Apardığımız araşdırmalar zamanı isə bəlli oldu ki, Telmangil oğlumu aparıb döyüb işgəncə verirmişlər. Bazarda alver edən, Azərbaycandan getmiş bir erməni deyib ki, öldürməyin, satın mənə. Beləliklə, oğlumu veriblər erməninin əlinə. Sonra həmin erməni də Luqanskdan köçüb.

Beş ildən sonra  o vaxtkı  Baş prokuror Eldar Həsənovun  müavini Nazim Allahverdiyevin yanına getdik. Onun köməkliyi sayəsində uşaqlarımın günahsizlığı ortaya qoyuldu və azad edilib Bakıya qaytarıldılar.  Qan davası aparanlardan da  Telman Cəfərovu isə Ukraynada dava başlayanda separatçılar öldürdü. O biri də burada öldü.

Onu axtarıram

6 il bundan əvvəl Xoşqədəm xanım Baxşəliyevaya müraciət etdik.  Xoşqədəm xanımın araşdırması bu günədək də davam edir. Bir neçə həftə əvvəl yenidən Səni axtarıram verilişiylə əlaqə saxladıq. Dedilər ki, axtarış yekunlaşıb, nəticə var. Çəkilişlə evinizə gələcəyik. Gözləyirik…

Həyatım göz yaşı tökməklə keçir. Oğlumu axtarıram. Hər kəsdən kömək istəyirəm. Sizin redaksiyanın namını eşitdim. Üz tutdum, bala. Dövlətimizdən oğlumun tapılması üçün kömək istəyirəm. 22 ildir balama həsrətəm… Bu yazını oxuyanlar Nizam Cəfərovu görsələr, desinlər ki, anan səni gözləyir…

unnamed (2) unnamed (1) unnamed (3)

Gülnaz Qənbərli

Gununsesi.info