Detoks üçün ən yaxşı 8 qida -SIYAHI

  • By admin
  • 15 İyul 2016 13:45

salam

 

Detoks bədəni toksinlərdən təmizləməyə kömək edir. Həddən çox yemək yedikdən və ya spirtli içki içdikdən sonra detoks etmək olar.

Bəs detoks üçün hansı qidalar uyğundur? Aile.lent.az detoks üçün ən yaxşı 8 qidanı sadalayır.

Kələm

Kələm yüksək kortizol nisbətinin dəridə yaratdığı pozulmaların, qırışların yaranmasının qarşısını alan qidadır. Eyni zamanda göz çevrəsi qırışları da azaldır. Qırmızı kələmin tərkibində yaşıl kələmə nisbətən 6-8 qat daha çox C vitamini var.

Şüyüd

Zəif qan dövranı böyük bir problem olub, saç tökülməsindən dəri tündləşməsinə qədər bir çox sağlamlıq probleminə yol aça bilər. Şüyüd toxumalarda qanın yaxşı dövr etməsini təmin edər, dərini təmizləyər. Qırmızı qan hüceyrələrinin bədənə və dəriyə daha çox oksigen daşımasını təmin edən dəmirlə zəngin qidadır. Kalsium və yod baxımından da zəngindir.

Çuğundur

Qırmızı çuğundur solmuş gözləri işıqlandıran və limfa sistemini canlandırmağa kömək olan qidadır. Dəmirlə zəngindir. Eyni zamanda tərkibində qaraciyər və limfa sağlamlığını dəstəkləyən antioksidan olan betasiyanin var. Çuğundur bədəni toksinlərdən və qan laxtalarından təmizləyir. Qanda oksigen daşıma qabiliyyətini 400% artırır.

Keşniş

Anti-sellülit təsiriylə yağ hüceyrələrini böyüdən, sellülit görünüşünü artıra bilən ağır metalların bədəndən atılmasına kömək edir.

Yulaf

Sellülitlərlə savaşan digər qida yulafdır. Təbii və işlənməmiş olmalıdır. Yüksək lif tərkiblidir. Lif yağ hüceyrələrindəki toksinlərin təmizlənməsinə və yox edilməsinə yardımçıdır.

Sitrus meyvələri

Dəridə kallogen istehsalı və sellülit yaranmasının qarşısını alan C vitamini qaynağı olan qidalardır. Mədə narahatlığınız yoxdursa, ac qarına yeyin.

Qoz

Dərinizin daha yumşaq və gözəl olmasına kömək edən qidadır. Hüceyrə membranını oksidativ zərərə qarşı gücləndirən və oynaqları möhkəmlədən təsiri var. Tərkibindəki Omega-3 dərini möhkəmləndirir və daha elastik edir. Yaşla bağlı ləkələri, dəri sallanmalarını, saçda nazilməni aradan qaldırır.

Günəbaxan tumu

Sərbəst radikallardan təmizlənməyə kömək edir. Yaşlılıq ləkələrini aradan qaldıran və yaranmasını əngəlləyən E vitamini ilə zəngindir.

Gununsesi.info