Diktatorun qalıqları məzarından çıxarılır

  • By admin
  • 25 Sentyabr 2019 09:11

İspaniyanın keçmiş diktatoru Fransisko Frankonun qalıqları Madrid yaxınlığındakı “Həlak olanlar vadisi” adlanan kompleksdən çıxarılacaq.

“Vesti.ru” xəbər verir ki, bu barədə qərarı İspaniyanın Ali Məhkəməsi qəbul edib.

Eks-diktatorun qalıqları paytaxtın El-Pardo qəbiristanlığında həyat yoldaşının yanında basdırılacaq.

Məhkəmə Frankonun ailə üzvlərinin qalıqların Almudena kafedral məbədində basdırılması təklifini rədd edib.

Gununsesi.org