Dilənçilər “iş yerləri”nə xüsusi maşınla gedirlər - POLİS ONLARI YAXALADI

  • By admin
  • 13 Mart 2017 23:59

dilenci servisi

Adanada küçənin ortasında kameralara düşən bir görüntü diqqət çəkib.

Belə ki, Gununsesi.info “Milliyet” qəzetinə istinadən xəbər verir ki, həmin görüntülərdə xüsusi nəqliyyat vasitəsi ilə yol kənarına buraxılan və səhərdən axşama kimi dilənçilik edən insanlar əks olunub.

Bundan başqa, saatlarla yolda gözləyən dilənçilərin axşam onları almaq üçün gələn bir avtomobilə minərək ərazidən uzaqlaşmaları da kameralara əks olunub.

Nəzərinizə çatdıraq ki, polis əməkdaşları məhz həmin görüntülərdən sonra əməliyyat keçirib və nəticədə 5-i Suriya kökənli olmaqla 9 nəfəri digərlərini diləndirərkən, 19-u Suriya kökənli olmaqla 40 nəfəri isə dilənərkən yaxalayıb.

Gununsesi.info