Dil biliklərinə görə seçilən məhşurlar - FOTOLAR

  • By admin
  • 04 İyul 2016 17:58

dil bilen (2)

 

Bir çox dünya ulduzları var ki, poliqlot olmaları ilə həmkarlarından fərqlənirlər. Gununsesi.info müxtəlif dillərdə danışa bilən məhşurların adlarını dəqiqləşdirib. Bu yaxınlarda məhşur aktrisa Ancelina Coli çoxmillətli dil qabiliyyəti olan ailəsi ilə fəxr etdiyini bildirmişdi. Belə ki, aktrisanın 6 övladı müxtəlif dillərə maraq göstərərək onları öyrənməklə məşğul olurlar. Məsələn, saylo kxmer dilinə maraq göstərirlər- hansı ki, kambocalılar bu dildən istifadə edir. Paks vetnam, Zaxara fransız, Med alman və rus, Noks isə ərəb dilində danışmağı öyrənir. Aktrisa özü isə ingilis, fransız və kxmer dilində ünsiyyətə girə bilir. Danimarka, ingilis, ispan, fransız, isveç, norveç, italyan dillərini bilən aktyor Viqqo Mortensonu çox dil bildiyinə görə, dostları “dünyanın insanı” adlandırırlar.

Meksikada dünyaya göz açan aktrisa Salam Xayk isə ərəb, ispan, portuqal, ingilis və fransız dillərini anlamaqda çətinlik çəkmir.

Qüdsdə doğulması aktrisa Natali Portmana ivrit və ingilis dillərini öyrədib. Sonradan bu siyahıya fransız, yapon, alman və ispan dillərini də əlavə edib.

Digər ulduz müğənni Şakira sonradan dil biliyini artıraraq ingilis, ərəb, portuqal, fransız dillərinə də yiyələnib.

Rus, fransız,ingilis və serb dillərinin bilicisi isə Mila Yavoviçdi.

Kristof Valts isə alman, fransız, ingilis və italyan dilərini bilməsi ilə qürur duyur.

Tom Xiddlston isə ingilis, yunan, italyan, ispan və fransız dillərindən sərbəst istifadə edə bilir.

 

dil bilen (4)

 

dil bilen (1)

 

dil bilen (3)

 

Sevinc Xeyrulla