DİN atanın 2 yaşlı uşağını öldürməsi ilə bağlı MƏLUMAT YAYDI

  • By admin
  • 09 Mart 2018 11:00
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncə şəhərində atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda bildirilib ki, martın 8-də, saat 8 radələrində Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurmuş və nəticədə uşaq hadisə yerində ölmüşdür.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Gununsesi.info