Azərbaycanın ilk özünümüdafiə batalyonlarının yaradılmasında iştirak etdiyinə görə xalq arasında böyük rəğbət qazanan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş kənd təsərrüfatı naziri “Qara Tofiq” kimi tanınan Tofiq Hüseynli yaşadığı İsveçrədə vəfat edib.
Gununsesi.info bildirir ki, “Qara Tofiq” uzun zamandan bəri əziyyət çəkdiyi onkoloji xəstəlikdən vəfat edib.
Xatırladaq ki, o, 1992-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
1993-cü ildə qısa müddət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri və daha sonra Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi olub.
1994-cü ildə qanunsuz silah saxlama ittihamı ilə həbs edilib və 1995-ci ildə azadlığa buraxılıb.
Sonrakı illərdə İsveçrədə yaşayıb. 2025–2026-cı illərdə yayılan məlumatlara görə, səhhətində ciddi problemlər olub.












