DİN Gəncədəki “qara bazar” faktını niyə araşdırmır?

  • By admin
  • 04 İyun 2016 13:08

Ehsan Zahidovv

“Nə bilirsiniz, polisin gözü qarşısında baş verir?”

Bu haqda Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini polis polkovnik-leytenantı E. Zahidov “Polis rəisi “qara bazar”ı himayə edir” sərlövhəli xəbərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Gununsesi.info-nun əməkdaşı Gəncəyə səfəri zamanı “qara bazar”ın fəaliyyəti üçün heç bir məhdudiyyətin olmadığının şahidi olub. Belə ki, şəhərin mərkəzində onlarla Post-Patrul əməkdaşlarının gözü qarşısında dollar alqı-satıqısı açıq şəkildə həyata keçirilir. Əməkdaşımızla söhbətində bu işlə məşğul olan vətəndaşlardan biri polisə buna görə, haqq verildiyini də deyib. Aşağıdakı fotolardan da göründüyü kimi polis əməkdaşları bu qanunsuz fəaliyyətə müdaxilə etmir. Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Xatırladaq ki, Azərbaycanda manatın devalvasiyasından sonra ölkədə yaranan dollar qıtlığı “qara bazarı” yenidən canlandırıb. Hokumət rəsmilərinin buna qarşı ciddi mübarizə aparılması barədə fikirlərinə baxmayaraq, hüquq-mühafizə orqanları “qara bazar”da valyuta satışı-alışının qarşısını ala bilməyib. Doğrudur, bir neçə dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu işlə məşğul olanları saxlayıb. Ancaq elə yerlər var ki, orada “qara bazar”ın fəaliyyətinə birbaşa polis rəisləri “yaşıl işıq” yandırır. Belə məkanlardan biri də Gəncə şəhəridir. Şəhərin Mərkəzi Kolxoz Bazarı adlanan yerdə dolların alqı-satqısı açıq şəkildə aparılır. Dəfələrlə məsələyə aydınlıq gətirilməsi üçün etdiyimiz zənglərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini polis polkovnik-leytenantı E. Zahidov “Bir az sonra zəng edin” deməklə kifayətlənir.

Xatırladaq ki. ötən gün dərc etdiyimiz “Polis rəisi “qara bazar”ı himayə edir” başlıqlı yazımıza baxdıqda fotolardan da aydın görünür ki, polis əməkdaşları qanunsuz fəaliyyətə müdaxilə etmirlər. Sual doğuran məqam isə DİN-dən elə sualla cavablandırıldı.

Maraqlıdır ki, DİN-in sözçüləri iki gündür bununla bağlı suallarımıza müxtəlif bəhanələrlə cavab vermir. Bu isə ortalığa başqa sual çıxarır.

Gülnaz Qənbərli