DİN-dən Bakıda ağacların kəsilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB/VİDEO

  • By admin
  • 06 Mart 2023 19:09

Daxili İşlər Nazirliyi Binəqədi rayonunda sakinlərin ağac kəsilməsinə etiraz etməsi barədə yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Binəqədi rayonu ərazisində yerləşən həmin torpaq sahəsi şəxsi mülkdür:

“Ərazidə təmizləmə işləri mülkiyyətçi tərəfindən aparılıb. Ərazidə polis əməkdaşları asayişi təmin edib. Hər hansı hüquqazidd əməl müşahidə edilməyib”.

17:45

Bakı şəhərində sakinlər ağacları kəsən mülkiyyətçiyə görə etiraz edirlər.

Gununsesi.info xəbər verir ki, Ulduz Quliyeva adlı qadın Binəqədi rayon, 7-ci mikrorayon ərazisində torpaq alıb.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşadıqları binanın qarşısındakı ərazini Ulduz adlı qadın alıb və ağacları kəsdirib.

Vətəndaşlar hazırda buna etiraz edirlər. Əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər.

Eyni zamanda ictimai asayişi qorumaq üçün əraziyə çoxsaylı polis əməkdaşları toplaşıblar.

Məsələ barədə rəsmi qurumlar münasibət bildirməyib.

Gununsesi.info