DİN Kür çayına aşan avtomobillə bağlı MƏLUMAT YAYDI

  • By admin
  • 17 İyul 2022 12:01

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Gununsesi.info