DİN  yoxa çıxan jurnalisti axtarır

  • By admin
  • 04 İyul 2016 11:24

fikrat

 

 

JAM.az saytının rəhbəru Fikrət Fərəməzoğlunun həbsi ətrafında müxtəlif informasiyalar verilsə də, hələlik onun harada saxlanmasıyla bağlı dəqiq məlumat yoxdur. Gununsesi.info-nun xəbərinə görə, jurnalistin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı söylənilir.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov əməkdaşımızla söhbətində bildirib ki, F.Fərəməzoğlunun həbsi və harada saxlanılmasından xəbərsizdir: “Mətbuat axı haradan bilir ki, Fikrət Fərəməzoğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır?”-, deyə o bildirib.

E.Zahidov qeyd edib ki, F. Fərəməoğlunun harada olmasıyla bağlı araşdırma aparıb, bu haqda mətbuata açıqlama verəcək.

Qeyd edək ki, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalist F. Fərəməzoğlunun evinə daxil olaraq, axtarış aparmaq adı ilə ona məxsus “Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nə baş verdiyini soruşduqda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildirsələr də, lakin həbs olunma səbəbini açıqlamayıblar.

Xatırladaq ki, Fikrət Fərəməzoğlunun harada saxlanması və hansı ittihamla həbs edilməsi bəlli deyil. Mətbuatda gedən məlumatlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı söylənilir.

 

Gülnaz Qənbərli