DİN zəncirvari qəza ilə bağlı məlumat yaydı - 2 NƏFƏR ÖLÜB

  • By admin
  • 18 İyul 2017 13:00

1490370707_sfsgf

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş zəncirvari yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, iyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi “Daevoo Gentra”, Hikmət Baxışovun idarə etdiyi “VAZ-2107”, Əlixan Babayevin idarə etdiyi “Daevoo” markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi “Volksvagen” markalı avtomobillər toqquşub.

Qəzada E.Babayev və sərnişini Sevinc Paşayeva hadisə yerində ölüblər.

Suraxanı RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info