Mini ətəkli qız Səudiyyə Ərəbistanı bir-birinə vurdu

  • By admin
  • 18 İyul 2017 13:05

596d946b7af507165c6129ae

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanda gənc bir qadının qısa ətək və göbəyi açıq köynəkdə küçədə yeridiyi videonu sosial şəbəkələrdə paylaşmasından sonra axtarışlara başlanıb.

Videoda Kulud adlı maneken qadının Şakra şəhəri yaxınlığındakı tarixi Uşaykır kəndində boş küçədə gəzməsi əks olunub.

Video qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və ziddiyyətli fikirlərə səbəb olub. Bir qisim izləyicilər qadının cəsarətini alqışlasa da, bəziləri din polisinin yenidən işə başlamasını istəyib.

Onu da qeyd edək ki, keçən il paytaxt Riyadda məşhur kafenin qarşısında örtüksüz fotoşəkil çəkdirən qadın həbs olunmuşdu.

Gununsesi.info