Dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə hökm oxunub

Kaliforniya məhkəməsi 2020-ci ilin iyulunda Azərbaycanın Los-Ancelosdakı Baş konsulluğu qarşısında dinc aksiya keçirən azərbaycanlılara hücum edən Hovannes Sukiasyana hökm oxuyub.

Gununsesi.info-nun xəbərinə görə, xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə öz tviter hesabında açıqlayıb.

Məlumata görə, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, o, hücuma məruz qalan şəxsin bütün xərclərini ödəməli olacaq.

 

 

Gununsesi.info