
İlahiyyatçı Elşad Miri ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında məhkəmə prosesi başlayır. İlahiyyatçı onun “İslamda yoxdur” adlı kitabının çapına qadağa qoyulmasına görə bu qurumu məhkəməyə verib.
Gununsesi.info xəbər verir ki, İlahiyyatçının iddiası üzrə məhkəmənin hazırlıq iclası 4 aprelə təyin olunub. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən ekspertiza şöbəsi Elşad Mirinin “İslamda yoxdur” adlı kitabı ilə bağlı mənfi rəy verib. Ekspert rəydə yazıb ki, kitabda seyidlik, Peyğəmbərin məsumluğu məsələlərinə yanaşma ölkədəki dini duruma mənfi təsir göstərə bilər.
Qeyd edək ki, sözügedən kitabda İslamda sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə Quran oxutdurulması, peyğəmbərlərin məsumluğu kimi məsələlərin olmadığı bildirilir.
Gülər
Gununsesi.info











