Dinləmələrin məqsədi Azərbaycanı ABŞ-dan asılı vəziyyətə salmaqdır - Deputat

  • By admin
  • 16 Sentyabr 2016 16:16
Tahir Kerimli
“ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələr əslində Azərbaycanda demokratiyanın inkişafı və ya qanunun aliliyinin təmin olunmaması ilə bağlı deyil. Bi dinləmələrin əsas məqsədi Azərbaycan hakimiyyətinə təzyiq edib, özündən asılı vəziyyətə salmaqdır”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli  deyib.
Onun sözlərinə görə, ABŞ-da təşkil olunan dinləmələrin  hüquqi əsasə yoxdur. “Konqresin hər hansı komissiyasında belə dinləmələrin yekunu olaraq hər hansı hüquqi sənəd qəbul edə bilməz. Onlar Konqresə dinləmələrin yekunu olaraq hansısa təklif verə bilər. Bu dinləmələrin əsl mahiyyəti Azərbaycana təzyiq edib, istədiklərini əldə etməkdir. Çünki belə dinləmələr  bundan öncə də  keçirilib və Azərbaycana qarşı hər hansı qərarlar və ya sanksiyalar qəbul edilməyib”- deyə, millət vəkili vurğuladı.
Onun fikrincə, ABŞ yaxşı anlayır ki, bu gün mövcud hakimiyyət Azərbaycanda sabitliyin və inkişafın qarantıdır. “Yəni Amerika yaxşı anlayır ki, bu gün Azərbaycanda mövcud hakimiyyəti dəyişib və onu əlində saxlayacaq ikinci elə bir qüvvə yoxdur. Bunu bilə-bilə Amerika  belə dinləmələr təşkil etməklə əslində təzyiq edib, hansısa niyyətlərinə nail olmaq istəyir. Odur ki, bu dinləmələrə Əli Kərimlinin Londonda oxuyan oğlunu, jurnalist Xədicə İsmayılı və Azərbaycandakı sabiq səfir, masson xidmətçisi  Riçard Kozlariç kimi şəxsləri dəvət ediblər”- deyə, o bildirdi.
T. Kərimli əlavə etdi ki, Azərbaycanın bəzi müxalif qüvvələri və xaricdəki anti-Azərbaycan qüvvələr mövcud Azərbaycan hakimiyyətinin nümayəndələrinə qarşı hər hansısa sanksiya qəbul edilsin. “Ancaq belə bir qərar olmayacaq. Bir daha təkrar edirəm ki, bu yolla Amerika Azərbaycanı özündən asılı vəziyyətə salıb, qərarlarını kor-koranə olaraq rəsmi Bakıya qəbul elətdirməyə çalışır.
Digər maraqlı məqam ondan ibarətdir ki,  Amerika Azərbaycanın  strateji  və geosiyasi əhəmiyyətini,həmçinin enerji vətəhlükəsizlik sahəsində əməkdaşlığın mümühm rolunu anlaya anlaya ikiüzlü yanaşma nümayiş etdirir. Amerikanın istəyin ondan ibarətdir ki, necə ki, rusiyaya qarşı “Maqnitski işi” adı alıtnda sanksiya tətəbiq edildi, Azərbaycana qarşı da belə bir sənəd qəbul olunsun. ABŞ bu işdə Azərbaycandakı əlaltılarından istifadə etməyə çalışır.  Azərbaycandakı bəzi müxalif qüvvələr də belə bir sənədin qəbulu üçün dəridən qabıqdan çıxır. Ancaq onlar bu istəyinə nail ola bilməyəcək. Çünki belə bir sənədin qəbulu üçün  əsas yoxdur. Sadəcə bu Azərbaycana referendum öncəsi təzyiq vasitəsidir”- deyə, T. Kərimli qeyd edib.
Mürtəza
Gununsesi.info