Gununsesi.info xəbər verir ki, Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov aznews.az-a açıqlamasında bildirib ki, iki gəncin ailə qurması xəbəri sensasiya xarakteri daşımamalıdır:

“Nə istəyirsiniz? Elə şeylərə qarışırsınız ki, adam utanır, xəcalət çəkir. Bu şeylər lazımdırmı? İnsanların ailə qurmasına nə qədər müdaxilə etmək olar? Bu qədər insanların hissləri ilə oynamaq olmaz. Müəllimə Goranboy rayonundandır. O, nazirliyin göndərişi ilə Bərdənin Hacıalılı kəndinə müəllim kimi gəlib. Riyaziyyat müəlliməsidir”.

Hacıalılı kəndindən isə bildirilən məlumata görə, müəllimə həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğlu tərəfindən qaçırılıb. Müəllimə işdən kirayə qaldığı mənzilə gedərkən direktorun qardaşı oğlu onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.

Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov

Gununsesi.info