Millimizin baş məşqçisinə mükafat verildi

  • By admin
  • 18 Yanvar 2018 17:36

Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.

Gununsesi.info xəbər verir ki, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXI açıq Respublika turnirində bir qrup idman mütəxəssisi MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən dörd nominasiya üzrə mükafatlandırılıb.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi– Firdovsi Umudov (Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi)

Ədalətli oyun prinsiplərinə sadiq hakim  Vahid Temirov (Özbəkistan), Sədi Quliyev (Azərbaycan)

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Vaşa Kraveişvili (Gürcüstan), Ruslan Şəmilov (Azərbaycan)

Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Andrey Yeqerov (Qazaxıstan), Vahid Əlizadə (Azərbaycan)

Gununsesi.info